Ərdoğanla Putin telefonda razılaşdılar - İstanbulda toplaşırlar

Ərdoğanla Putin telefonda razılaşdılar
Oxunma sayı: 1249

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə telefon əlaqəsi saxlayıb.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, hər iki lider başda Afrin və İdlib olmaqla Suriyadakı son durumu müzakirə edib.

Ərdoğan Zeytun Budağı hərəkatı ilə bağlı həmkarına məlumat verib. 

Türkiyə, Rusiya və İranın iştirakı ilə ilk dəfə Soçidə baş tutan liderlər zirvəsinin ikincisinin İstanbulda keçirilməsi qərarlaşdırılıb. 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi