Ərdoğanla Trampın görüşündə tərcümə səhvi

erdoganla-trampin-gorusunde-tercume-sehvi
Oxunma sayı: 668

Türkiyə prezindenti Rəcəb Tayyip Ərdoğanın Ağ Evdə həmkarı Trampla görüşü zamanı mətbuata verdiyi açıqlamasında tərcümə səhvi olub.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, Ərdoğan çıxışında “Terror təşkilatları ilə prinsipial və qərarlı mübarizə məsələsində keçmişdə yaşanan səhvləri kompensasiya edəcək addımların davamının gələcəyinə ümid edirik” desə də tərcüməçi bunu “terror təşkilatlarına qarşı bütün dünyada aparılan mübarizədə, biz keçmişdə etdiyimiz səhvləri təkrarlamayacağız” şəklində ABŞ prezidentinə çatdırıb. 

Trampın isə öz növbəsində Ərdoğanın bu “etirafından” məmunluq duyduğu diqqətdən yayınmayıb.