Ərəb ölkəsi kosmonavt axtarır - Marsda şəhər salınacaq

ereb-olkesi-kosmonavt-axtarir
Oxunma sayı: 1592

Birləşmiş Ərəb Əmirlikləri Marsa quracağı kosmik baza üçün kosmonavt axtarışına başlayıb.

“Qafqazinfo” NTV-yə istinadən xəbər verir ki, artıq BƏƏ Kosmik Agentliyi namizədlərin işə qəbulu üçün müsabiqə elan edib.

Seçiləcək namizədlər 2019-cu ildə kosmik səyahətlərə çıxmaq üçün təlimlərə başlayacaqlar.

Qeyd edək ki, BƏƏ-nin kosmik layihəsinin 136 milyon dollara başa gələcəyi açıqlanıb. Marsda qurulması planlaşdırılan şəhərdə 600 min nəfərin yerləşdirilməsi nəzərdə tutulub.