Ərindən boşanıb dünyanın ən zəngin qadını olacaq - 69 milyardla

erinden-bosanib-dunyanin-en-zengin-qadini-olacaq
Oxunma sayı: 3013

“Amazon” şirkətinin rəhbəri Ceff Bezosdan boşanan Makkenzi Bezos dünyanın ən zəngin qadını ola bilər.

“Qafqazinfo” xəbər verir ki, “Bloomberg” nəşri sərvətin bölüşdürülməsinin dəqiq şərtlərinin məlum olmadığını, lakin qadının 69 milyard dolların sahibi ola biləcəyini yazır. 

“Bloomberg”ə danışan vəkillər bildiriblər ki, əgər cütlük arasında razılıq əldə edilməzsə, şirkətin səhmləri yarı-yarıya bölünəcək. 

“Bloomberg”in versiyasına görə, 2019-cu ilin yanvar ayına Bezosun sərvəti 137 milyard dollar təşkil edib. “Forbes”in də açıqladığı rəqəmlər buna yaxındır

Qeyd edək ki, “Bloomberg” in milyarderlər siyahısına düşən 66 qadının əksəriyyəti bu sərvətə həyat yoldaşlarının ölümü və ya boşanma nəticəsində nail olublar. Onlardan cəmi 6-sı çalışaraq bu siyahıya düşə bilib. 

Hazırda dünyanın ən zəngin qadını "Loreal” kosmetika şirkətinin qurucusunun nəvəsi hesab edilir. Fransuaza Bettenkur Mayersin səhmləri 45,6 milyard dollar dəyərindədir.