Erməni bacı-qardaşın Bakı təəssüratları - Video

ermeni-baci-qardasin-baki-teessuratlari
Oxunma sayı: 4494

Bu gün Azərbaycanda Aerobika gimnastikası üzrə Avropa çempionatında iştirak edəcək erməni əsilli idmançılar, bacı-qardaş olan Qarsevan və Duxik Canazyanlar oyunöncəsi ITV telekanalına açıqlama veriblər.

“Qafqazinfo” xəbər verir ki, yarışda Rusiyanı təmsil edəcək idmançılar bildiriblər ki, Bakıda Aerobika Gimnastikası üzrə Avropa çempionatı, o cümlədən, təhlükəsizlik möhtəşəm səviyyədə təşkil olunub.

“İdman idmandır, siyasət siyasətdir” şüarını səsləndirən bacı-qardaş burada sadəcə idman atmosferi ilə qarşılaşdıqlarını vurğulayıblar.

Bundan başqa, onlar paytaxt Bakını və sakinləri çox bəyəndiklərini deyiblər: “Müasir Bakıdan İçərişəhərə keçəndə özünü sanki başqa bir əsrə düşmüş kimi hiss edirsən”.

Qeyd edək ki, Milli Gimnastika Arenasında baş tutacaq yarışa Avropanın 22 ölkəsindən ən güclü aerobika ustaları qatılacaq. 3 gün baş tutacaq yarışda 400 idmançı mübarizə aparacaq.