Erməni baş məşqçini qovdular

ermeni-bas-mesqcini-qovdular
Oxunma sayı: 645

“Qafqazinfo”nun Lent.az-a istinadən verdiyi məlumatına görə, bu barədə Rusiya Avarçəkmə İdmanı Federasiyasının prezidenti səlahiyyətlərini icra edən Alla Alyoşina açıqlama verib.

Alyoşina bildirib ki, Arakelyan hələ avqustun 12-də başa çatmış 2012-ci il London Yay Olimpiya Oyunlarından sonra qovulub. Çünki son olimpiadada Rusiya yığması akademik avarçəkmə növündə 4 mümkün qayıq tipindən 2-də təmsil olunub və heç bir medal qazana bilməyib.
Yeni baş məşqçi vəzifəsinə seçim müsabiqəsi oktyabrın sonlarında başa çatacaq. Alyoşina bildirib ki, Arakelyan da namizədliyini verə bilər. Lakin onun postunda qalacağı ehtimalı çox azdır.

Qeyd edək ki, Samvel Arakelyan Rusiya milli komandasına 2009-cu ilin oktyabrında baş məşqçi təyin olunub. Bunadək Arakelyan Rostov İdman Komitəsində işləyib və rusiyalı bir neçə avarçəkənin şəxsi məşqçisi olub.