Erməni əsirliyində olan əsgərimiz Azərbaycana qayıtmaq istəyir

ermeni-esirliyinde-olan-esgerimiz-azerbaycana-qayitmaq-isteyir
Oxunma sayı: 1716



“Qafqazinfo” “Novosti Armeniya” saytına istinadən xəbər verir ki, Ermənistan müdafiə nazirinin birinci müavini David Tonayan Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin nümayəndələri ilə görüşündə azərrbaycanlı əsgərin fikrini dəyişdiyini deyib. 

Ermənistan Müdafiə Nazirliyindən bildirilib ki, Fərəcov təcili olaraq beynəlxalq humanitar təşkilatların nümayəndələri ilə görüşmək istədiyini bildirib. 

Nazirlik bununla əlaqədar olaraq, neytral beynəlxalq təşkilatları, xüsusən də Beynəlxalq Qırmızı Xaç Komitəsini Fərəcovla görüşə çağırıb. Görüşdə əsas müzakirə mövzusu isə avqustun 8-də Azərbaycan tərəfinə əsir düşən erməni hərbçi Akop İnciqulyanla bağlı olub.

Qeyd edək ki, azərbaycanlı hərbçi Firuz Fərəcov 2012-ci ilin iyulunda ermənilər tərəfindən əsir götürülmüşdü. Bundan əvvəl erməni mətbuatı Fərəcovun üçüncü ölkəyə getmək istədiyini yazmışdı.Ermənistanda əsirlikdə olan Azərbaycan hərbiçisi Firuz Fərəcov vətənə qayıtmaq istəmir. Ermənistanın müdafiə nazirinin mətbuat katibi Artsrun Ovannisyanın sözlərinə görə, Fərəcov üçüncü ölkəyə təhvil verilməsi arzusunu ifadə edib.