Ermənilər moldovalı ombudsmanı ölümlə təhdid edirlər

ermeniler-moldovali-ombudsmani-olumle-tehdid-edirler
Oxunma sayı: 1143


“Qafqazinfo” AzVision.az-a istinadən xəbər verir ki, ermənilər bu ölkənin parlamentindəki çıxışında Xocalı soyqırımının ermənilər tərəfindən törədildiyini və bu faktı beynəlxalq ictimaiyyətin tanıdığını bəyan edən Moldovanın parlament vəkili (ombudsman) Aureliya Qriqoriunu təhdid ediblər.

A.Qriqoriu “Facebook” sosial şəbəkəsindəki səhifəsində öz mövqeyində israrlı olduğunu göstərən şərh yerləşdirdikdən sonra moldovalı parlament vəkilinin ünvanına ermənilər tərəfindən daha çox təhdidlər gəlməyə başlayıb.

Misal üçün qeyd edək ki,Yerevandan “Qreq Qre” təxəllüslü bir erməni istifadəçi A.Qriqoriunun “Facebook” sosial şəbəkəsindəki səhifəsində yazıb: “...Erməni xalqı qarşısında günahkarsınız...biz XXX təşkilatı olaraq xəbərdarlıq edirik...Əgər həyatınız sizin üçün qiymətlidirsə, özünüzü və başqalarını aldatmaqdan əl çəkin”.