Ermənilər Tərtər istiqamətində hərəkətə keçdi

ermeniler-terter-istiqametinde-herekete-kecdi
Oxunma sayı: 2289


“Qafqazinfo” xəbər verir ki, Tərtərin Qapanlı və Qaradağlı kəndləri iri çaplı silahlardan gülləbaran edilib.      

Saat 15:00-da başlayan atışmada sözügedən kəndlərdə bir çox evlərin dam örtüyü, pəncərələri qırılıb. Hətta bir neçə evin içərisində mebellərdə güllə izləri var.      

Azərbaycan ordusunun cavab həmləsindən sonra ermənilərin əməliyyatı dayandırılıb. Qaradağlı və Qapanlı kənd sakinlərinin narahat olmadığı və belə əməliyyatlara psixoloji hazırlığı barədə müxbirimiz məlumat verir.

 Xatırladaq ki, Soçi olimpiadası müddətində atəşkəsin ciddi qorunması ilə bağlı razılaşmanı ermənilər dəfələrlə pozublar. Ancaq son 5 gündə ilk dəfədir ki, iri çaplı silahlardan iki kənd iki saat müddətində əməliyyat çərçivəsində gülləbaran edilir. Axar.az