Ermənistan Təhlükəsizlik Şurası katibinin atası intihar etdi - Tut ağacından...

ermenistan-tehlukesizlik-surasi-katibinin-atasi-intihar-etdi
Oxunma sayı: 1828

Ermənistanın Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın atası intihar edib.

“Qafqazinfo” Ermənistan KİV-nə istinadən xəbər verir ki, Təhlükəsizlik Şurasının mətbuat xidmətindən bildirilib ki, Qriqoryan hazırda valideynlərinin yaşadığı Qarabağdadır və bu gün işə çıxmayıb. 

Erməni KİV-i Valeri Qriqoryanın intihar etdiyini yazır. Onun meyiti yaxın qohumu tərəfindən ötən gün axşam aşkar edilib. Hadisə yerinə gedən əməliyyat qrupu müəyyən edib ki, Qriqoryan bostanda tut ağacından özünü asıb. 

Hazırda faktla bağlı araşdırma aparılır.