Ermənistanda “sükut günü”dür

ermenistanda-sukut-gunudur
Oxunma sayı: 1338

Bu gün Ermənistanda “sükut günü”dür.

 “Qafqazinfo” erməni KİV-nə istinadən xəbər verir ki, növbədənkənar parlament seçkilərinə hazırlaşan Ermənistanda seçkilərə qatılan bütün siyasi qüvvələrin seçki məntəqələri bağlananadək istənilən təbliğat aparması qadağandır.

Ölkə ərazisində 2010 seçki məntəqəsi yaradılıb. Ermənistan vətəndaşları dekabrın 9-u yerli vaxtla 08:00-dan 20:00-dək səs verəcək.

Aysel Kərimova