Ermənistanın müvəqqəti baş naziri Paşinyanla görüşə getmədi

ermenistanin-muveqqeti-bas-naziri-pasinyanla-goruse-getmedi
Oxunma sayı: 2275

Ermənistanda baş nazirin səlahiyyətlərini icra edən Karen Karapetyan müxalifət lideri Nikol Paşinyanla görüşdən imtina edib. “Qafqazinfo” xəbər verir ki, bu barədə Karapetyanın mətbuat katibi məlumat yayıb. Məlumatda qeyd edilir ki, Paşinyanın dəvəti əvvəlkilərdən heç nəyi ilə fərqlənmir. Bu səbəbdən də baş nazirin cavabı dəyişməz olaraq qalır. 

“Elk” fraksiyası lideri isə “Marriott” mehmanxanasında baş naziri gözləyərkən jurnalistlərə açıqlama verib: “Hələ dünən respublikaçılar deyirdilər ki, şərtsiz danışıqlara hazırdırlar. Gördüyünüz kimi, Karapetyanın yerini mənim bel çantam tutub. Hesab edirik ki, xalqın qələbəsi bu prosesdə de-yureyə bağlanmalıdır”. 

Qeyd edək ki, danışıqların əsas mövzusu Nikol Paşinyanın şərtləri və jurnalistlərin iştirakı ilə hakimiyyətin dinc şəkildə ötürülməsi ətrafında olacaqdı. 

***

Müxalifət lideri hökumətdən istefaya getməyi və növbədənkənar parlament seçkiləri təyin etməyi tələb edib.