“Ermənistanın nazı ilə oynayırlar”

ermenistanin-nazi-ile-oynayirlar
Oxunma sayı: 641

Bunu Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov AzərTAc-a müsahibəsində deyib: “Əgər XXI əsrdə dünya siyasətini müəyyənləşdirən, nizamlayan BMT-yə cırtdan bir dövlət, bir forpost meydan oxuyursa, onun qətnamələrini, digər sənədlərini qulaqardına vurursa və dünya ictimaiyyəti, fövqəldövlətlər də buna susursa, ədalətli beynəlxalq mühitdən, münasibətlərdən söhbət gedə bilməz. Deməli, Dağlıq Qarabağ probleminin həllinin uzanmasının əsas səbəblərindən biri də BMT-nin dişsiz fəaliyyətidir, ikili standartlardır. Məsələn, BMT Təhlükəsizlik Şurasının qətnaməsini bir gündə Liviyada həyata keçirən NATO və böyük dövlətlər on illərdir ki, Dağlıq Qarabağ probleminin həllində susurlar, Ermənistanın nazı ilə oynayırlar, ermənilərin törətdiyi kütləvi qırğınlara, insan hüquqlarının pozulmasına, terrora göz yumurlar. Nəticə etibarilə açıq-aydın görünür ki, müasir dünyada mübahisələrin ədalətli həllini, problemlərin beynəlxalq hüquq normaları əsasında aradan qaldırılmasını təmin edəcək ədalətli sistem və mexanizm mövcud deyildir və nə vaxt yaranacağı bilinmir”.

Prezident Administrasiyasının şöbə müdiri vurğulayıb ki, indi Azərbaycan BMT Təhlükəsizlik Şurasının üzvü kimi bu məsələni müntəzəm şəkildə gündəmə gətirəcək. Konkret seçim olmalıdır: ya beynəlxalq hüquq normalarına əməl edilməli, ya da əsl həqiqət açıq şəkildə etiraf olunmalıdır.