“Ermənistanla münasibəti heç vaxt korlamarıq” - - İran səfiri

ermenistanla-munasibeti-hec-vaxt-korlamariq-
Oxunma sayı: 1417




“Qafqazinfo” xəbər verir ki, bu sözləri İranın Azərbaycandakı səfiri Möhsün Pakayin
“Azadinform”a müsahibəsində “İran niyə Ermənistanla bu qədər doğmadır? Bu müsəlmançılıq və şiəlik prinsipinə zidd deyilmi?” sualına cavab verərkən deyib. Səfir bildirib ki, İran Ermənistanla qonşudur: “Biz öz qonşumuzla münasibətimizi kəsə bilmərik. Nəzərinizə çatdırım ki, Ermənistanın on beş faiz idxalı İranın sayəsində qarşılanır. Bəs geridə qalanını kim qarşılayır? Niyə Azərbaycan onları da günahlandırmır?
İndi bir dövlət var, özünü elə aparır ki, guya Azərbaycana görə Ermənistanla düşmən olub. Hansı ki, Azərbaycansız da onun Ermənistanla həll olunmamış problemləri çoxdur. Azərbaycan bunlara inanmamalıdır. Bizim Azərbaycanla münasibətimiz və dövriyyəmiz Ermənistanla olduğundan qat-qat böyükdür. Ermənistanın da bizə heç bir ziyanı dəyməyib. Biz Ermənistanla heç bir zaman münasibətlərimizi korlamarıq”.

”Hazırda İranda xeyli sayda erməni yaşayır. Öz dillərində təhsil alma hüquqları, mədəniyyət mərkəzləri və hətta millət vəkilləri belə var. Ermənistanda isə bir dənə də olsa müsəlman yoxdur. Ən yaxşı halda sürgün edildilər. Bəs, bu sizdə etiraza səbəb olmurmu?” sualına isə səfir belə cavab verib: “Bu Ermənistanın problemidir. Bizə aidiyyəti yoxdur. İranda bütün etnik azlıqlara hörmətlə yanaşılır. Hətta İsraillə düşmən olmağımıza baxmayaraq yəhudilər belə İranda tamhüquqlu vətəndaş kimi ömür sürürlər. İran üçün döyüşüb şəhid olan yəhudilər belə var. İran futbol komandasının oyunçularından biri ermənidir. Biz özümüzə cavabdehik”.