“Eurovision”la bağlı qalmaqallı açıqlama - “Avropa belimizi yağladı…”

eurovisionla-bagli-qalmaqalli-aciqlama
Oxunma sayı: 2647

Türkiyənin məşhur MFÖ qrupununun solistlərindən biri Mazhar Alanson müzakirələrə səbəb olan açıqlama verib. “Qafqazinfo” xəbər verir ki, “Pal Nostalji” radiosuna qonaq olan ifaçı “Eurovision”la bağlı qalmaqallı fikirlər səsləndirib.

O, 2003-cü ildə müsabiqədə qalib edilən Sertab Erenerin siyasətə görə qalib olduğunu bildirib:

“Avropa ölkələri siyasəti yaxşı bilirlər və bir-birilərinə hər zaman dəstək olurlar. Amma deyəcəksiz ki, Sertab birinci oldu.O, gözəl şou göstərdi. Amma həmin vaxt ABŞ İraqa hücum etdi. Biz də buna icazə verdik. Avropa belimizi yağladı, “afərin” dedi və birinci Sertab oldu”. 

Qeyd edək ki, MFÖ həmin yarışmada 1985-ci ildə iştirak etmiş, 15-cı yerə çıxmışdılar.