“Eurovizion-2012” yarışması üçün bələdçilər

eurovizion-2012-yarismasi-ucun-beledciler
Oxunma sayı: 656

Bu barədə acıqlama verən layihənin rəhbəri, Bakı Gənclər Klubu ictimai birliyinin sədri Azər Cavadov vurğulayıb ki, layihə Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirilir: “ 2012-ci ildə “Eurovision” yarışmasının finalı Bakıda keçiriləcək o zaman bu sahəyə diqqətin artırılmasının nə qədər vacib olduğu xüsusi ilə nəzərə alınmalıdır. Çünki bu yarışma ilə yanaşı biz Azərbaycanı gələn xarici qonaqlara Turizm ölkəsi kimi də tanıtmalıyıq. Bu imkanlar Azərbaycanda çox yüksəkdir. Biz bu xarici dilləri yüksək səviyyədə bilən gənclərimizdən ibarət 20 nəfərlik qrup təşkil olunacaq və mütəxəsislər tərəfindən bu gənclər git kimi hazırlanacaq. Burada git qaydaları ilə yanaşı, tariximiz, mədəniyyətimiz, kulinariyamız, abiudələrimiz və s haqqında onlar məlumatlandırılacaq. Bakı şəhərlərində turist marşurutları seçiləcək. Buraya tarixi abidələrimiz, ticarət, kulinariya mərkəzləri və şəhərlərimizin görməli yerləri daxil ediləcək. Bu marşurutlar üzərində olacaq hər bir obyekt haqqında bilgilər veriləcək və öyrədiləcək. Çalışılacaq ki, hazırlanmış gidlər Yarışma zamanı Bakımıza gələn qonaqlara Azərbaycanın həm də turizm diyarı kimi də əlverişli və rəngarəng olduğunu izah etsinlər.