Evdə faciəli ölüm

evde-facieli-olum
Oxunma sayı: 656

“Qafqazinfo” FHN-in saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan üçotaqlı kürsülü (bir hissəsi taxta konstruksiyalardan ibarət) ev və ev əşyaları 60 kv.m sahədə yanıb. Yanğının kəşfiyyatı zamanı ev sahibi, 1971-ci il təvəllüdlü, Ələkbərzadə Fərhad Ələkbər oğlunun meyiti aşkar olunub. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 19:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.