Evlərdən oğurluq edən yeniyetmələr tutuldu

evlerden-ogurluq-eden-yeniyetmeler-tutuldu
Oxunma sayı: 1428

Evlərdən oğurluq edən yeniyetmələr saxlanılıb.

“Qafqazinfo”nun DİN-ə istinadən məlumatına görə, Binəqədi RPİ 40-cı PB  əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 20-nə keçən gecə Sulutəpə qəsəbəsindəki mənzillərin birindən 50 manat pul, 300 manat dəyərində qızıl əşyalar və planşet oğurlamaqda şübhəli bilinən qəsəbə sakinləri, əvvəllər məhkum olunmuş Kənan Tağıyev və iki yeniyetmə saxlanılıb.