Eyfel qülləsi bağlandı

eyfel-qullesi-baglandi
Oxunma sayı: 2433

Eyfel qülləsinin işçiləri iş şəraitinin ağırlaşması səbəbindən kütləvi tətilə başlayıblar.

“Qafqazinfo” “CNN Türk”ə istinadən xəbər verir ki, qüllənin daxil olduğu SETE şirkəti bu səbəbdən binanı müvəqqəti bağlayıb.

İşçilərin nə zaman işə qayıdacağı bilinmir.

Qeyd edək ki, bir neçə gün öncə Eyfel qülləsində turistlərə bilet satış formasında dəyişiklik edilib. Belə ki, onlayn bilet alan müştərilərə qülləyə qalxmaq üçün öncəlik verilib və liftlərdən biri sırf onlar üçün ayrılıb. Nağd şəkildə bilet alan müştərilər üçün ayrılan liftin qarşısında isə sıxlıq yaranıb.

Rəhbərliyin bu addımına etiraz edən işçilər bu qərarın ləğv edilməsini tələb edirlər.