Eysebionun vəziyyəti ağırlaşıb

eysebionun-veziyyeti-agirlasib
Oxunma sayı: 650

“Qafqazinfo”nun xarici mətbuata istinadən verdiyi xəbərə görə, 69 yaşlı portuqaliyalı sətəlcəm xəstəliyinə tutulub və Lissabonun “Lus” xəstəxanasına aparılıb. Mozambik əsilli futbol adamının vəziyyətinin yaxşı olmadığı bildirilir.
Qeyd edək ki, 15 yaşında futbol karyerasına başlayan Eysebio klub karyerasında 571 matçda 574 qol vurub.

Ceyhun Əhmədov