Facebook Yahoo!-nun iddialarına cavab verdi

facebook-yahoo-nun-iddialarina-cavab-verdi
Oxunma sayı: 636

“Qafqazinfo”nun xarici mətbuata istinadən xəbərinə görə, iddiada Facebook Yahoo!-nu sosial şəbəkəyə məxsus bir sıra patentlərin pozulmasında ittiham edib. Sosial şəbəkə nümayəndələrinin fikrincə, Yahoo!-nun əsas səhifəsi və orada yerləşdirilən reklam, xəbərləri istifadəçilərin maraqlarına uyğun seçən C.O.R.E. texnologiyası, eləcə də şirkətə məxsus populyar Flickr fotohostinqi Facebook-un patent hüquqlarını pozur.

İki şirkət arasında patent mübarizəsi 2012-ci il fevralın sonunda - Yahoo! Facebook-u özünün 10 patentinin pozulmasında ittiham etdikdən sonra başlayıb. İki həftə sonra şirkət sosial şəbəkəni məhkəməyə verib. İddialarda internet-reklamın göstərilməsi, mətnli məlumatların ötürülməsi, sosial şəbəkələrdə şərhlərin edilməsi texnologiyası yer alıb. Facebook bu ittihamları rədd edir.

Nigar Məmmədli