“Facebook”un ən populyarı- - 100 milyon izləyici

facebookun-en-populyari-
Oxunma sayı: 1276


Bununla əlaqədar, futbolçu xüsusi videomüraciət yazıb. Videomüraciətdə deyilir: “Hər kəsə təşəkkür edirəm. Nəhayət, “Facebook”da 100 milyon dostum var. Mən bu rəqəmə nail olduğum üçün qürur duyur və sevinirəm”.

“Qafqazinfo” AzərTAc-a  istinadla xəbər verir ki, statistik məlumatlara görə, onun abunəçilərinin 78 faizi kişi, 22 faizi isə qadındır. Onların çoxu Braziliya, İndoneziya, Hindistan, Meksika və ABŞ-da yaşayır.

Futbolçunun səhifəsindəki ən populyar postlardan biri oğlu ilə birlikdə olan şəklidir. 3,4 milyon “layk” toplamış bu fotoşəklin altında bu sözlər yazılıb: “Uşaqların Müdafiəsi Gününü oğlumla keçirməyimə şadam”.

“Facebook” sosial şəbəkəsində ən məşhur üç idmançı sırasında “Barselona”nın və Argentina yığmasının hücumçusu Lionel Messi (74 milyon abunəçi) və onun komanda yoldaşı, braziliyalı forvard Neymar (48 milyon) yer alıb.

Oktyabrın 14-də Ronaldo “Avro-2016”nın seçmə mərhələsi çərçivəsində Danimarka ilə görüşün son dəqiqələrində dəqiq zərbə ilə Portuqaliya yığmasına (1:0) qələbə sevinci yaşadıb.

Bu qoldan sonra hücumçunun uğuru təsnifat oyunları, seçmə görüşlər və final mərhələsi nəzərə alınmaqla Avropa çempionatların ən yaxşı bombardiri qismində Hakan Şükür və Yon-Dal Tomasson ilə bərabərləşib.