Fahişə obrazına görə “Oskar” alan aktrisa öldü - Video

fahise-obrazina-gore-oskar-alan-aktrisa-oldu
Oxunma sayı: 1706

ABŞ aktrisası Silviya Maylz 94 yaşında düyasını dəyişib.

“Qafqazinfo” “TMZ”yə istinadən xəbər verir ki, o, təcili tibbi yardım avtomobilində, xəstəxanaya çatdırılarkən, vəfat edib. Onun ölümü haqda digər təfərrüatlar açıqlanmır.  

Qeyd edək ki, Maylz “Gecəyarısı kovboyu” filmində yaratdığı fahişə obrazı ilə məşhurlaşmışdı. Sözügedən ekran işindəki roluna görə o, "Ən yaxşı ikinci plan aktrisası” nominasiyası üzrə “Oskar” mükafatına layiq görülmüşdü.