Faiq Ağayev əsgərlərə konsert verdi - Fotolar

faiq-agayev-esgerlere-konsert-verdi
Oxunma sayı: 2125

Xalq artisti Faiq Ağayev Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının N saylı hərbi hissəsində konsert proqramı ilə çıxış edib. 

“Qafqazinfo” xəbər verir ki,  F.Ağayev əsgərlər üçün sevilən mahnılarını səsləndirib.

Vətənpərvər ifaçı konsertdən müsbət emosiyalarla ayrıldığını bildirib:

 “Dünən Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının N saylı hərbi hissəsində əziz əsgər və zabitlərimizin qarşısında konsert proqramı ilə çıxış etdim. Bu səmimi görüş mənə bir ümman doğmalıq, sayqı, rəğbət bəxş etdi. Qoşunların komandanlığına, hərbi hissənin rəhbərliyi və şəxsi heyyətinə bu qiymətli, əvəzsiz münasibətə görə qəlbən minnətdaram. Ömürlük həkk olundunuz ürəyimə. Doğmalarım kimi! Allah Azərbaycan əsgər və zabitlərini qorusun!”. 

Qeyd edək ki, konsertdə xalq artisti ilə birlikdə müğənnilər Fərid Həsənov, Həcər Əliyeva, Hüseyn Abdullayev də çıxış edib.