Faytonçu Nazim qəza törətdi - Hadisə yerindən qaçdı + Video

faytoncu-nazim-qeza-toretdi
Oxunma sayı: 8639

Azərbaycanın məşhur müğənnisi, Faytonçu Nazim Pişyari qəza törədib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə fevralın 12-də Bakının Ə. Salamzadə küçəsində baş verib.  

Sənətçi idarə etdiyi “10 NF 022” dövlət nişanlı “Toyota” markalı avtomobili ilə idarəetməni itirərək “Hyundai”a çırpılıb. Qəza zamanı xəsarət alan olmasa da, “Hyundai”a ciddi ziyan dəyib. Zəncirvari qəzaya səbəb olan N. Pişyari dərhal hadisə yerini tərk edib. Bundan sonra qəza haqqında protokol tərtib olunub. 

“Qafqazinfo” mövzu barədə müğənninin mövqeyini öyrənməyə çalışsa da, qarşı tərəf telefonlara cavab verməyib.