Fəlsəfə və elmlər doktorları hərbi xidmətə çağırışdan azad olundular

felsefe-ve-elmler-doktorlari-herbi-xidmete-cagirisdan-azad-olundular
Oxunma sayı: 2691

Gün.Az-ın verdiyi xəbərə əsasən, dəyişikliklər Qanunun 21-ci maddəsinə - “Müddətli həqiqi hərbi xidmətə çağırışdan azadetmə və müddətli həqiqi hərbi xidmətə çağırılmayan vətəndaşlar” edilib.

Buna əsasən, dinc dövrdə aşağıdakı çağırışçılar sırasından müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilirlər: fəlsəfə doktoru, elmlər doktoru elmi dərəcəsi alan vətəndaşlar; səhhətinə görə dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı, yaxud hərbi uçotdan çıxarılmaqla hərbi xidmətə yararsız sayılmış çağırışçılar; alternativ xidmət (əmək mükəlləfiyyətli) keçməyə göndərilmiş çağırışçılar;

35 yaşı tamam olana qədər müxtəlif səbəblər üzündən müddətli həqiqi və ya alternativ xidmət keçməyən çağırışçılar; ağır və ya xüsusilə ağır cinayət törətdiklərinə görə azadlıqdan məhrum etmə cəzaya məhkum olunmuş vətəndaşlar; Azərbaycan Respublikasında (habelə keçmiş SSRİ-də) həqiqi hərbi xidmət keçmiş vətəndaşlar; Azərbaycan Respublikasının İnsan Hüquqları Müvəkkili (Ombudsman).

Aşağıdakı şəxslər müddətli həqiqi hərbi xidmətə çağırılmırlar:

İctimai işlər, islah işləri və azadlıqdan məhrum etmə növündə cəza çəkən vətəndaşlar; əvvəllər törətdiyi cinayətə görə məhkumluğu üzərindən götürülməmiş, yaxud, məhkumluğu ödənilməmiş vətəndaşlar; barəsində cinayət işi üzrə təhqiqat və ya istintaq aparılan, yaxud, barəsində olan cinayət işinə məhkəmədə baxılan vətəndaşlar.