“Fənərbağça” “Beşiktaş”ı bu anonsla qıcıqlandırdı - Video

fenerbagca-besiktasi-bu-anonsla-qiciqlandirdi
Oxunma sayı: 2903

25 fevralda Türkiyə Super Liqasında “Beşiktaş” - “Fənərbağça” derbisi baş tutacaq.

“Qafqazinfo” xəbər verir ki, derbi öncəsində “sarı-lacivərdlilər” sosial media hesabından matçın anonsunu paylaşıb.

Volkan Dəmirəl və Fernandaonun yer aldığı videoda “Fənərbağça”nın “Beşiktaş”ın meydanına gəmi ilə getməsi təsəvvürü yaradılıb. Gəminin çıxardığı səs isə əsas müzakirə mövzusuna çevrilib.

Belə ki, həmin səsin “Bavariya”nın bir neçə gün öncə Çempionlar Liqasında 5-0 məğlub etdiyi matçda vurduğu qollar zamanı stadionda səsləndirilən musiqiyə bilərəkdən bənzədildiyi deyilir.

Həmin anonsu və müqayisə üçün “Bavariya”nın stadionunda səsləndirilən musiqini təqdim edirik: