Fəridlə Şəhriyar yenə birlikdə xaricdə

feridle-sehriyar-yene-birlikde-xaricde
Oxunma sayı: 2023

Azərbaycanlı gənc şairlər Fərid Hüseyn və Şəhriyar del Gerani Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və Bəyoğlu Bələdiyyəsinin təşkilatçılığı ilə keçirilən X Beynəlxalq İstanbul Şeir və Ədəbiyyat Festivalında iştirak edirlər. 

“Qafqazinfo” xəbər verir ki, festivala Türkiyədən 30, xaricdən isə 20 gənc şair və yazıçı qatılıb.  Festivalın açılış mərasimində Şəhriyar del Gerani "Küçə uşaqlarına ithaf” şeirini Türkiyə türkcəsində səsləndirib. Fərid Hüseyn festival çərçivəsində  Əhməd Həmdi Tampınar Kitabxanasında keçirilən "Şeir akademiyası” panelində "Gənc şairlər şeirə necə başlamalı?” adlı müzakirədə iştirak edib. Türkiyəli məşhur şairlər Turan Koç və Oktay Tafralının moderatorluğu ilə keçirilən paneldə F.Hüseynin çıxışı maraqla qarşılanıb. 

Bundan başqa F.Hüseyn oktyabrın 6-da şeir gecəsində iştirak edəcək.

Şairlər həmçinin Türkiyənin ən böyük ədəbiyyat auditoriyasına ünvanlanan, yüksək tirajlı "Karabatak” ədəbi jurnalının redaksiyasında və Türkiyədə böyük yayım şəbəkəsi olan, klassik Şərq və Qərb ədəbiyyatı nümunələri, habelə çağdaş Türkiyə ədəbiyyatının seçkin imzalarının əsərlərini yayımlayan və nəşr prinsipiallığı ilə ad qazanmış "Şule” nəşriyyatında da görüşdə iştirak ediblər. Görüşdə qarşılıqlı əməkdaşlıq məsələlərinin bünövrəsi qoyulub.

Xatırladaq ki, bir neçə il əvvəl adıçıkilən şairlər İranda həbs olunmuşdular.