FHN-dən növbəti üzük əməliyyatı

fhn-den-novbeti-uzuk-emeliyyati
Oxunma sayı: 2912

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda 1 nəfərin barmağında olan üzük sıxılaraq qalıb.

“Qafqazinfo” FHN-ə istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri üzüyü kəsib və vətəndaşın barmağından çıxararaq zərərçəkmişi aidiyyəti üzrə təhvil veriblər.