FHN Nəsimidəki yanğınla bağlı məlumat yaydı

fhn-nesimideki-yanginla-bagli-melumat-yaydi
Oxunma sayı: 1856

Fövqəladə Hallar Nazirliyi (FHN) Nəsimi rayonunda baş verən yanğınla bağlı məlumat yayıb.

FHN-dən “Qafqazinfo”ya verilən xəbərə görə, paytaxtın Nəsimi rayonunda ikimərtəbəli yaşayış binasında yanğın baş verib. Hadisə nəticəsində binanın ikinci mərtəbəsində ümumi sahəsi 30 kvadratmetr olan 2 otaqlı ev və bitişik, birmərtəbəli evin (hazırda yaşayış yoxdur) 100 kvadratmetri yanıb. Yaxınlıqdakı evlər yanğından mühafizə olunub. Alov yanğın bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.