FİFA ilin ən yaxşılarını açıqlayır

fifa-ilin-en-yaxsilarini-aciqlayir
Oxunma sayı: 1610

FIFA bu gün 2018-ci ilin ən yaxşı futbolçusu və baş məşqçisinin adını açıqlayacaq.

“Qafqazinfo” xəbər verir ki, ən yaxşı futbolçuya təqdim edilən "The Best" mükafatına Luka Modriç ("Real", Xorvatiya), Kriştiano Ronaldo ("Real"/"Yuventus", Portuqaliya) və Məhəmməd Salah ("Liverpul", Misir) namizəddir.

Ən yaxşı məşqçi adına Didye Deşam (Fransa millisi), Zinəddin Zidan ("Real"ın sabiq baş məşqçisi) və Zlatko Daliçdir (Xorvatiya millisi) iddialıdır.

Tədbirdə ən yaxşı qadın məşqçi, ən yaxşı qapıçı, ən yaxşı qol və ən yaxşı azarkeş aksiyası nominasiyaları üzrə qaliblər də elan olunacaq. Bununla yanaşı, ilin rəmzi komandası da açıqlanacaq.

Qeyd edək ki, Londonda keçiriləcək tədbir Bakı vaxtı ilə 22:30-da başlayacaq.