Filipp Lam və Xabi Alonso karyerasını bitirdi - Video

filipp-lam-ve-xabi-alonso-karyerasini-bitirdi
Oxunma sayı: 912

Almaniya Bundesliqasının sonuncu 34-cü turunun oyunları keçirilib.

“Qafqazinfo” xəbər verir ki, “Bavariya” öz meydanında “Fraybur”u qəbul edib. Qarşılaşma ev sahiblərinin 4-1 hesablı qələbəsi ilə yekunlaşıb.

“Bavariya”nın oyunçuları Filipp Lam və Xabi Alonso futbolçu karyeralarını başa vurublar.

“Bavariya” 4-1 “Fraybur”

Qollar: Robben 4; Vidal 73 (2-0); Petersen 76 (2-1); Riberi 90+1; Kimmix 90+4 (4-1)