Flydubai-ın biletlərini asan yolla əldə etmək mümkün olacaq

flydubai-in-biletlerini-asan-yolla-elde-etmek-mumkun-olacaq
Oxunma sayı: 651

RED Communications Agentliyindən “Qafqazinfo”ya verilən məlumata görə, yaxın zamanlarda flydubai aviaşirkətinin reyslərinə biletləri, Sabre bronlaşdırma sisteminə qoşulan, dünyanın 350 000 -dən artıq turizm agentliklərindən əldə etmək olacaq.

Eyni zamanda, flydubai aviaşirkəti hava limanlarına texnologiya təchizatı sahəsində aparıcı Sabre Airline Solutions şirkəti tərəfindən işlənib hazırlanmış, reyslərin planlaşdırılması üçün texnologiya həllərinin istifadəsi haqqında sazişə imza atıb. Sabre Airline Solutions sistemləri sayəsində aviaşirkət hava donanmasının istifadəsini daha da təkmilləşdirəcək.

Nigar Məmmədli