Fransa jurnalı peyğəmbərdən yazdı

fransa-jurnali-peygemberden-yazdi
Oxunma sayı: 632

Lent.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, “Charlie Hebdo” jurnalının rəhbərliyi bu dəfə Məhəmməd peyğəmbərin həyatından bəhs edən roman yayımlayacağını açıqlayıb.

Romanın yer aldığı jurnalın sayı yanvarın 3-də satışa çıxacaq. Şəkilli romanda Məhəmməd peyğəmbərə yönəlik ən kiçik təhqir və ya ələ salma niyyəti olmadığını bildirən jurnal rəhbərliyi romanın müsəlman bir sosioloqun yardımı ilə hazırlandığını bəyan edib. Şəkilli romanda Məhəmməd peyğəmbərin karikaturası olmayacaq.

Qeyd edək ki, “Charlie Hebdo” jurnalı sentyabrın 19-da Məhəmməd peyğəmbərin karikaturasını yayımlayıb və bu, bir çox müsəlman ölkəsində etiraz aksiyalarına səbəb olub.