“Fransa qalibiyyətə layiqdir” - Kompani

fransa-qalibiyyete-layiqdir
Oxunma sayı: 1393

“Əlbəttə ki, bu məğlubiyyətə üzülürük. Amma Fransaya qarşı çox intizamlı oynadıq”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Belçika millisinin müdafiəçisi Vinsen Kompani deyib.

O, dünya çempionatını yarımfinalında Fransaya uduzduqları oyundan danışıb. Kompani rəqibin qalibiyyətə layiq olduğunu bildirib: “Qol şanslarımız oldu. Müxtəlif üslublarda oynamaq çətindir. Rəqib hörmətə və qalibiyyətə layiqdir.

Futbolda hər zaman yeni şans ola bilər. Bəzən oyunçular məğıubiyyəti haqq edirlər. İstedadlı komandamız var və öyrənməliyik”.