Fransada hərbi vertolyot qəzaya düşdü - 3 yaralı

fransada-herbi-vertolyot-qezaya-dusdu
Oxunma sayı: 931

“Gazelle” hərbi vertolyotu Fransanın şimal-şərqində qəzaya düşüb.

“Qafqazinfo”nun “Franceinfo”ya istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 3 ekipaj üzvü xəsarət alıb. 

Yaralılar Bar-le-Dyukj şəhərində yerləşən xəstəxanaya aparılıblar.

İnsident Le O-de-Şe hava limanında qeydə alınıb.

Hazırda hadisə yerinə yanğınsöndürənlər cəlb olunub.

Mütəxəssislər qəzanın baş vermə səbəblərini araşdırırlar.