Fuad Poladovdan xəbər var

fuad-poladovdan-xeber-var
Oxunma sayı: 3117

Azərbaycanın xalq artisti, tanınmış aktyor Fuad Poladov hazırda ev şəraitində müalicəsini davam etdirir. "Qafqazinfo" xəbər verir ki, bu barədə Modern.az-a danışan aktyor əvvəlki halına nisbətən özünü yaxşı hiss etdiyini deyib:

“Müalicəm gedir, dərmanlarımı qəbul edirəm. Əvvəlki günlərimə baxanda nisbətən yaxşıyam”.

F.Poladov səhhətiylə bağlı həkimlərin bəzi qadağaları olduğunu deyib:

“Səsimə görə çox danışmağa icazə vermirlər. Mən da bacardığım qədər bu məsləhətlərə riayət edirəm”.

Aktyor dostlarının, həmakrlarını tez-tez onunla maraqlandıqlarıı vurğulayıb.

Qeyd edək ki, qırtlaq xərçəngindən əziyyət çəkən aktyor yeni mövsümdən etibarən səhnəyə çıxmır.