Fuad Qəhrəmanlının qızına hücum edənə 15 sutka verildi

fuad-qehremanlinin-qizina-hucum-edene-15-sutka-verildi
Oxunma sayı: 3990

AXCP sədrinin müavini Fuad Qəhrəmanlının qızı Sənay Qəhrəmanlıya küçədə hücum edən Tural Qarayev 15 sutka həbsə məhkum edilib.

“Qafqazinfo” xəbər verir ki, qərar Yasamal Rayon Məhkəməsində çıxarılıb.

Qeyd edək ki, T.Qarayev İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə günahlandırılırdı.