Füzuli Ələkbərov baş direktorla görüşdü

fuzuli-elekberov-bas-direktorla-gorusdu
Oxunma sayı: 647




Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən “Qafqazinfo”ya daxil olan məlumata görə, Azərbaycanda  davamlı  sosial-iqtisadi inkişafın təmin olunduğunu konkret göstəricilər əsasında xarakterizə edən nazir Fizuli Ələkbərov möhtərəm Prezidentimiz cənab İlham Əliyevin düzgün düşünülmüş və məqsədyönlü siyasəti sayəsində ölkədə son 9 ildə 3 dəfədən çox iqtisadi artıma nail olunduğunu deyib. Bu dövrdə mühüm dövlət proqramları nəticəsində qeyri-neft sektorunun milli iqtisadiyyatda daim genişləndiyi, ölkədə 1 milyon 200 mindən çox yeni iş yerinin yaradıldığı, işsizliyin 5,2 faizə, yoxsulluğun dəfələrlə azalaraq 6 faizə endiyi diqqətə çatdırılıb.

Ölkənin sürətli iqtisadi inkişafına və keyfiyyətcə yeni tərəqqi dövrünə uyğun olaraq, respublikada insan kapitalının inkişafı, sosial hüquqların və onların təminatı sisteminin təkmilləşdirilməsi, hər bir şəxs üçün əlçatan sosial təminat sisteminin qurulması, layiqli əməyin təminatı, rəqabətqabiliyyətli işçi qüvvəsinin yetişdirilməsi məsələlərinin prioritet önəm kəsb etdiyi vurğulanıb. Bu istiqamətdə beynəlxalq qurumlarla, o cümlədən BƏT-lə fəal əməkdaşlıq müstəvisində icra olunan proqramlar barədə məlumat verilib.

Ətraflı məlumata görə minnətdarlığını ifadə edən Qay Rayder ölkəmizdə həyata keçirilən inkişaf proseslərinin onda böyük maraq hissi yaratdığını qeyd edib və Azərbaycan Prezidentinin sosial proqramlara, həmçinin respublikada səmərəli məşğulluğun təminatına, yeni iş yerlərinin yaradılmasına davamlı olaraq diqqət və qayğı yetirməsinin təqdirəlayiq olduğunu bildirib. Qay Rayder Azərbaycanın bir çox sahələrdə olduğu kimi, qeyd olunan sahələrdə də inkişaf praktikasının bir çox ölkələrə ötürülə biləcəyini, BƏT-in bundan sonrakı mərhələdə Azərbaycanla əməkdaşlığını ölkənin əldə etdiyi nailiyyətlərə uyğun şəkildə davam etdirəcəyini vurğulayıb.