Füzulidə 70 ton pambıq yığılıb

fuzulide-70-ton-pambiq-yigilib
Oxunma sayı: 806

Füzuli rayonunda pambıq yığımına başlanılıb.

İH-dən “Qafqazinfo”ya daxil olan xəbərdə bildirilir ki, bu günə kimi rayon ərazisində əkilmiş pambıq sahələrindən 70 tondan artıq məhsul toplanaraq pambıq tadarükü məntəqələrinə təhvil verilib. Orta məhsuldarlıq isə 23-25 sentner olub. Havaların əlverişli keçməsi isə pambıq sahələrindən məhsulun tez və itkisiz yığımasına şərait yaradır. 

Rayon ərazisində əkilmiş 2050 ha sahədə füzulili pambıq istehsalçıları tərəfindən 4000 tona yaxın məhsul yığılması gözlənilir. Rayonda pambıq əsasən pambıqyığan kombaynlar və əl əməyindən istifadə edilməklə yığılır. 

Rayonda pambığın tez və itkisiz yığımını təşkil etmək məqsədilə bütün maşın və mexanizmlər, pambıqyıganlar hazır vəziyyətə gətirilib və bu sahədə işlərin operativliyini təmin etmək məqsədilə  qərargah yaradılıb.

Rayonun pambıq istehsalçıları yığdıqları məhlulu MKT İK MMC-nin pambıq tədarükü  məntəqəsinə o cümlədən rayon ərazisində tikilən pambıq qəbulu məntəqəsi təhvil verirlər.