Gecə oğrusu tutuldu

gece-ogrusu-tutuldu
Oxunma sayı: 1112


Dekabrın 17-nə keçən gecə Yeni Yasamalda yerləşən, Teymur Hacıyevə məxsus mağazadan, qapının qıfılını sındırmaqla oğurluğa cəhd etdiyinə görə Yevlax rayon sakini Murad Xasanov Yasamal RPİ 29-cu PB-nin əməkdaşları tərəfindən tutulub. Müəyyən olunub ki, o, həmin keçən gecə Əfqan Nəbiyev Ə.Əhmədov küçəsindəki mağazasından 55 manat, Daşqın Rzayevin Xiyabani küçəsindəki mağazasından 130 manat və tütün məmulatları oğurlamış, Yeni Yasamalda yerləşən, Vəli Qarayevə məxsus mağazadan isə oğurluğa cəhd edib.

Dekabrın 17-si saat 02:50 radələrində Bakı şəhər sakini Fərid Məmmədov döş qəfəsindən aldığı bıçaq xəsarətilə KTM-ə yerləşdirilib. Nərimanov RPİ Cinayət-Axtarış Şöbəsi və 18-ci PB-nin keçirdiyi əməliyyat tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən, Bakı şəhər sakini Vüqar Budaqov tutulmuş və müəyyən olunub ki, o, həmin vaxt Bakı şəhər sakini Rauf Qasımov da xəsarət yetirib.