Gecə yollar buz bağlayacaq

gece-yollar-buz-baglayacaq
Oxunma sayı: 642

“Qafqazinfo”nun məlumatına görə, paytaxtda və yarımadada mülayim cənub-qərb küləyi əsəcək, havanın temperaturu gecə 0-3 dərəcə şaxta, gündüz 2-5 dərəcə isti olacağı gözlənilir. Gecə və səhər yollar buz bağlayacaq.

Azərbaycanın rayonlarında da havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər Lənkəran-Astara bölgəsində az yağıntılı olacağı ehtimalı var.

Səhər bəzi yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-5 şaxta, gündüz 1-6° isti, dağlarda gecə 12-17 şaxta, gündüz 1-6° şaxta. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 18-23° şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.

Nigar