Gədəbəydə içərisinə su dolan maşında azyaşlı boğulub

gedebeyde-icerisine-su-dolan-masinda-azyasli-bogulub
Oxunma sayı: 1692

Gədəbəydə 9 yaşlı oğlan avtomobildə boğulub.

"Qafqazinfo" APA-ya istinadən xəbər verir ki, rayonun Çobankənd kəndində kənd sakini İsaq Xəlilov idarə etdiyi “UAZ” markalı avtomobillə Çobankənd çayını keçmək istəyərkən maşın batıb. Maşına su dolub, nəticədə İ. Əliyevin avtomobildə olan nəvəsi, 2009-cu il təvəllüdlü Əliyev Hüseyn Amil oğlu boğularaq ölüb.