Gələn ildən ticarət sektorunda yenilik olacaq

gelen-ilden-ticaret-sektorunda-yenilik-olacaq
Oxunma sayı: 5723

2019-cu il yanvarın 1-dən etibarən 12 aylıq dövriyyəsi 200 min manatı keçən ticarət fəaliyyəti subyektləri 6%-lik sadələşdirilmiş vergi dərəcəsini tətbiq edə bilməyəcək. Vergi Məcəlləsində bununla bağlı nəzərdə tutulan müddəa ləğv edilib. Belə vergi ödəyiciləri ƏDV və gəlir vergisi ödəyicisi kimi fəaliyyət göstərəcək. 

“Qafqazinfo” xəbər verir ki, dövriyyəsi 200 min manata çatmayan ticarət fəaliyyəti subyektləri üçün isə sadələşdirilmiş verginin ödəyicisi olmaq imkanı saxlanıb

Digər dəyişikliyə əsasən, sadələşdirilmiş vergi (məcəllənin 218.4-cü maddəsində nəzərdə tutulmuş fəaliyyətlə məşğul olan və 218.1.2-ci maddəsində göstərilən vergi ödəyiciləri istisna olmaqla) təqdim edilmiş mallara bu verginin ödəyicilərinin malların təqdim edilməsindən, işlərin görülməsindən, xidmətlərin göstərilməsindən əldə etdiyi vəsaitin məbləğindən (ümumi hasilatının həcmindən) və satışdankənar gəlirlərdən 2% dərəcə ilə hesablanacaq.

Qeyd edək ki, hazırda bu vergi Bakı şəhəri üzrə 4%, digər rayonlar və Naxçıvan MR-da 2%-dir.

Həmçinin, dəyişikliyə əsasən, iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslər (ofisiant), fərdi qaydada bərbər və dərzi fəaliyyəti ilə məşğul olan şəxslər də sadələşdirilmiş vergi ödəyicisi olacaqlar. Ofisiantlar sadələşdirilmiş vergi üzrə aylıq sabit məbləğ - 30 manat, bərbərlər 20 manat, dərzilər 10 manat ödəyəcəklər.

Bundan başqa, sadələşdirilmiş vergi (məcəllənin 218.4-cü maddəsində nəzərdə tutulmuş fəaliyyətlə məşğul olan və 218.1.2-ci maddəsində göstərilən vergiödəyiciləri istisna olmaqla) təqdim edilmiş mallara bu verginin ödəyicilərinin malların təqdim edilməsindən, işlərin görülməsindən, xidmətlərin göstərilməsindən əldə etdiyi vəsaitin məbləğindən (ümumi hasilatının həcmindən) və satışdankənar gəlirlərdən 2% dərəcə ilə hesablanacaq.