“Gənc İlhamçılar” Şəkiyə getdilər - Fotolar

genc-ilhamcilar-sekiye-getdiler
Oxunma sayı: 683

Nəsimi rayon İcra Hakimiyyətinin Şəki şəhər İcra Hakimiyyəti ilə birgə layihəsi olan Şəki şəhərində “Gənc İlhamçılar” yay istirahət düşərgəsi təşkil edilib.

 “Qafqazinfo”ya daxil olan məlumata görə, Şəki şəhərində yaradılmış yay istirahət düşərgəsinə rayonun Qarabağ müharibəsi əlilləri və veteranlarının, aztəminatlı və imkansız ailələrin uşaqları, təhsildə və idmanda fərqlənən şagirdlər ümumilikdə 100 nəfər yeniyetmə-məktəbli yola salınıb.

Düşərgəyə yola salınan məktəblilərin onların valideynlərinin, rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə təşkil olunan yolasalma mərasimində çıxış edən Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva ölkə başçısı İlham Əliyevin yeniyetmə və gənclərimizin sağlam böyüməsi, gənc nəslin vətənə məhəbbət, Azərbaycan dövlətçiliyinə sədaqət ruhunda tərbiyə olunması istiqamətində gördüyü işlərdən, birinci vitse-prezident Mehriban xanım Əliyevanın uşaq və yeniyetmələrə olan diqqət və qayğısından, bu istiqamətdə həyata keçirdiyi layihələrdən, o cümlədən Nəsimi rayonunda görülən işlər və həyata keçirilən layihələrdən danışıb. 

Düşərgədə yeniyetmələr hər gün yüksək kalorili yeməklə, təzə meyvə və tərəvəz, süd məhsulları ilə təmin olunacaq, istirahət günlərində şagirdlərin Şəki şəhərinin görməli yerlərinə, meşələrə, rayonun tarixi guşələrinə gəzintiləri, idman yarışları, maraqlı intellektual oyunlar təşkil ediləcək