“GƏNC İNNOVATORLAR” Unibank-ı seçir!

genc-innovatorlar-unibank-i-secir
Oxunma sayı: 763



Bu şəraiti Unibankın “Gənc İnnovatorlar” layihəsi yaradır. Layihənin ilkin mərhələsi başa çatıb. İlkin mərhələdə 4 tələbə “Gənc İnnovatorlar” təqaüd proqramına qoşulub. 50-ə yaxın tələbənin məlumatları isə bankın insan resursları məlumat bazasında ehtiyat kimi əlavə edilib.

“Gənc İnnovatorlar” layihəsi, informasiya texnologiyaları sahəsi üzrə karyera qurmaq istəyən tələbələr üçün nəzərdə tutulan təqaüd proqramıdır. İlkin yoxlamanı müvəffəqiyyətlə keçmiş gənclər, proqrama qatılaraq, 3 ayadək müddət ərzində bankda ixtisaslaşma keçirlər.Təqaüdün məbləği stependiantın biliklərindən asılı olaraq, 400 AZN-dək müəyyən edilib. Proqram tələbələrə, təqaüdlə yanaşı yüksək peşəkar kollektivdə təcrübə yığmaq və gələcəkdə işlə təmin olunmaq şansı yaradı

Unibankın təqaüd proqramına ali məktəblərdə, informatika texnologiyaları yönümlu ixtisaslar üzrə təhsilini təzə başa vurmuş və ya yuxarı kurs tələbələri qatılıb.

Seçimlər tələbələr arasında aparılan yazılı imtahan və fərdi müsahibənin nəticələrinə əsasən aparılıb. İxtisaslaşmanı müvəffəqiyyətlə bitirmiş stependiantlara bankda iş təklifi olacaq.

Unibank- hər kəsin bankı!