Gəncədə ata ilə 5 yaşlı oğlunu maşın vurdu

gencede-ata-ile-5-yasli-oglunu-masin-vurdu
Oxunma sayı: 1139

Gəncədə ata və azyaşlı oğlunu avtomobil vurub.

"Qafqazinfo"nun verdiyi məlumata görə, hadisə Heydər Əliyev prospektində olan marketlərin birinin qarşısında baş verib. Yolu keçmək istəyən 1985-ci il təvəllüdlü İsgəndərov Ceyhun Tahir oğlu və onun oğlu 5 yaşlı Tunarı avtomobil vurub. Yaralılar xəstəxanaya yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır.

Elmar Əli