Gəncədə iki xəstəxanaya baş həkim təyin olunub

gencede-iki-xestexanaya-bas-hekim-teyin-olunub
Oxunma sayı: 3890

Gəncədə tibb ocaqlarına yeni təyinatlar olub. 

“Qafqazinfo”nun verdiyi məlumata görə, Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasının baş həkimi Azad Quliyev vəzifəsindən azad olunaraq Abbas Səhhət adına 1 saylı şəhər xəstəxanasına baş həkim təyin olunub. Onun yerinə isə Qafar İbrahimov təyinat alıb. 

Qeyd edək ki, Abbas Səhhət adına 1 saylı şəhər xəstəxanasının əvvəlki baş həkimi Nazim Əhmədov ötən ilin oktyabr ayında Gəncə şəhər Səhiyyə İdarəsinin rəisi vəzifəsinə təyin edilib.

Elmar Əli