Gəncədə qadını şantaj edən həbs olundu

gencede-qadini-santaj-eden-hebs-olundu
Oxunma sayı: 639

“Qafqazinfo”nun Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 21-də Gəncə şəhərində yaşayan, əvvəllər məhkum olunmuş İntiqam Salmanov şəhər sakini Sevda Heydərovanın barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyib, ondan 150 manat pul alarkən tutulub.

Salmanovun üzərindən 6,5 qram, evinə baxış zamanı isə əlavə 465 qram marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanıb.