Gənclər aksiya qərarı verdi

gencler-aksiya-qerari-verdi
Oxunma sayı: 642

İctimai Palatanın üzvü, müsavatçı Mustafa Hacıbəyli noyabrın 14-də “Media forum” saytına bildirib ki, meriya rədd cavabı versə də, piket qərarı qüvvəsində qalır: “İctimai Palatanın, Müsavat və Xalq Cəbhəsi partiyalarının strukturlarında aksiyaya hazırlıq gedir. Noyabrın 15-də Avropa Birliyinin xarici işlər naziri Ketrin Eşton Bakıya səfərə gəlir. Biz bu aksiya ilə beynəlxalq ictimaiyyətin diqqətini Azərbaycanda siyasi məhbuslar və sərbəst toplaşmaq azadlığı problemlərinə yönəltmək istəyirik”.